Türkiyədə sosial mediadan hərbi qiyamı dəstəkləyən şəxs tutuldu

Türkiyədə sosial mediadan hərbi qiyama dəstək verən şəxs tutulub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Karaman Əmniyyət Müdirliyinin əməkdaşları sosial mediada qiyama dəstək verənləri və prezidentə həqarət edənləri saxlayıb.

 

Saxlanılan şəxs barədə həbs-qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.

 

Eyni zamanda Əmniyyət Müdirliyi "Twitter"də, "Facebook"da qiyamı və qiyamçıları tərifləyən, xalqı kin və nifrətlı düşmənçiliyə təşviq edən, yalan xəbərlərlə iğtişaş yaratmağa çalışan profil və səhifələr barədə hüquq-mühafizə orqanlarına məlumat verilməsi üçün elektron poçt ünvanları yaradıb.

Müəllif | Apa.Tv
Apa.tv