Maştağada yolu keçmək istəyən piyadanı maşın vurdu

Ötən axşam Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.


Belə ki, qəsəbədə yolu keçmək istəyən piyada Lalə Əliyevanı maşın vurub. Hadisə zamanı piyada ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər Lalə Əliyevanın kəllə beyin travması aldığını və qolunun sındığını bildiriblər.

 

Hadisə yerində polis əməkdaşları gəliblər. Ölçülər aparılıb. Polisdən verilən məlumata görə, hadisəni törədən sürücünün ifadəsi alınıb.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv