Gülənin CD-lərini və kitablarını yandırmaq istəyən 4 nəfər tutuldu
Türkiyədə Fətullah Gülənin CD-lərini və kitablarını yandırmağa çalışan 4 nəfər saxlanılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Muğlanın Menteşe qəsəbəsində özəl bir təhsil qurumunda aparılan əməliyyat nəticəsində Fətullah Gülənə aid kitab və CD-ləri sobada yandırmaq istəyən 4 nəfər tutulub.
Kitab və CD-lər polis tərəfindən müsadirə olunub. Saxlanılan şəxslər Muğlanın Jandarma Komandanlığına gətirilib, daha sonra xəstəxanada müayinədən keçirilib.