Türkiyədə işdən çıxarılan vəzifəli şəxs intihar etdi
Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin ardından həyata keçirilən əməliyyatlar çərçivəsində işdən çıxarılan Manisa rayonunun Ahmetli qəsəbəsinin kaymakamı (rəhbəri) intihar edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, kaymakam Necmi Akmanın şəxsi mühafizəçisinin silahı ilə həyatına qəsd etdiyi açıqlanıb.
Xəstəxanaya çatdırılan N.Akmanın həyatını xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.