Konstitusiya Məhkəməsi seçkinin nəticələrini TƏSDİQLƏDİ
9 oktyabr - prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum iclası keçirildi. APA TV-nin xəbərinə görə, Fərhad Abdullayevin sədriliyi keçirilən iclasda çıxış edən hakim Sona Salmanova prezident seçkilərinin nəticələrinin təsdiqi və rəsmən elan olunması qaydaları haqqında məlumat verdi. MSK-nın seçki protokolunu təsdiq olunması üçün məhkəməyə göndərdiyini bildirən digər hakim Rəfael Qvaladze isə seçkilərin nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu dedi. İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şəraitdən danışdı, ödənişsiz efir vaxtı, qəzetlərdə yer ayrıldığını dedi. Onun sözlərinə görə, seçkilərin şəffaflığının təmin edilməsi üçün MSK tərəfindən kifayyət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb. Protokolun hüquqi aspektlərinə toxunan ekspertlər bildirdilər ki, MSK-nın 2013-cü il 17 oktyabr tarixli protokolu Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam uyğun tərtib edilib. Ekspertlərin rəyləri Konstitusiya işinə əlavə olundu. Məhkəmə araşdırmaları bitdikdən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan olunmasına dair qərarı oxudu.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası başa çatdı.