Anomal istilər başlayır

İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 38 dərəcəyə çatacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

 

Abşeronda havanın temperaturu gecə  23-27, gündüz  34-38, bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq. Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 21-də Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda gündüz zəif cənub-şərq küləklərinin üstünlüyü əksər əhali üçün əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Müəllif | Apa.Tv
Apa.tv