Siyavuş Novruzov: "Cəmil Həsənli ona görə qayıtdı ki..."
Milli Şuranın prezidentliyə namizədi olan Cəmil Həsənlinin Azərbaycana qayıtmasının səbəbi qarışıqlıq yaratmaqdır. APA TV-nin xəbərinə görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Cəmil Həsənlinin əsas məqsədi qarışıqlıq salmaqla şəxsi məqsədlərinin həyata keçirməkdir.
- Ona ABŞ-da "Green Card" hazırlayıblar və bu, hətta Londona gedəndən hazır idi. Çünki Londondan qayıdandan sonra tamam dəyişdi. İndi istəyir həmin kartını alsın və Azərbaycandan getsin. Siz bunun şahidi olacaqsınız.
Milli Şuranın mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmədiyini də deyən Siyavuş Novruzov şuranın Fəvvarələr meydanında nümayiş keçirmək cəhdinə də münasibət bildirib.
- Lakin bunlar müraciət etmədən Fəvvarələr Meydanında aksiya keçirmək istəyirlər. Aydındır ki, kiçik bir stadionun 40 faizini doldura bilmədikləri üçün müəllimləri öyrədiblər ki, camaatı gətirin, Fəvvarələr Meydanına və qarışıqlıq yaransın.
YAP-ın icra katibinin müavini həmçinin vurğulayıb ki, prezident seçkilərində iştirak etmiş hər hansı bir fərdin uduzması ona xaricdə yer verməyə əsas yaratmır.