Şəkidə 19 yaşlı gənci ilan sancdı

Şəki sakinini ilan sancıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şəkinin Biləcik kəndində qeydə alınıb.

 

Kənd sakini, 19 yaşlı Cavid Əlimov səhər saatlarında ot biçmək üçün həyətyanı sahəyə düşüb. Elə yenicə işə başlayarkən sol ayağının topuq nahiyəsindən gürzə sancıb. Cavid Əlimov yaxınlarının köməyi ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cavid Əlimova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir. Yaxınlarının sözlərinə görə, kənd ərazisində son vaxtlar ilanlar həddindən artıq çoxalıb. İstər günorta, istərsə də axşam saatlarında ilanlar insanlara hücum çəkir.

 

Qeyd edək ki, bu il şimal-qərb bölgəsində ən çox ilansancma halları Şəki və Qax rayonlarında qeydə alınıb.

Müəllif | Apa.Tv
Apa.tv