Fətullah Gülənin təqaüdü kəsildi

Türkiyədə 15 iyul hadisələrinin təşkilatçısı olduğu iddia edilən Fətullah Gülənin təqaüdü və bütün sosial imtiyazları ləğv edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, qərarı Sosial Təminat İdarəsi verib.

 

Qurumun eyni qərarı dövlət çevrilişinə cəhddə iştirakı olan digər şəxslərə də tətbiq edəcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv