“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırdı
“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırıb. APA TV-nin xəbərinə görə, bu barədə saytın təsisçilərinin yaydığı bəyanatda bildirilir.
"Son günlər regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq, biz - “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək, bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik" - deyə bəyanatda qeyd olunur.