Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov özünün "Facebook" səhifəsində yazıb.

 

Qeyd olunub ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi bildirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv