Xəzərdə üç nəfər batdı: qadının meyiti çıxarıldı

Xəzər dənizində üç nəfər batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xəzər rayonunda, 50 metr dənizin içərisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) qeydə alınıb.

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Digər batanların axtarışları davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv