Goranboyda kafe yandı

Bakı-Qazax magistralının Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində kafedə yanğın olub.

 

APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə yerinə Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Kəlbəcər və Gəncədən də köməyə yanğınsöndürənlər gəlib.

 

Yanğın nəticəsində ümumi sahəsi 600 kvadratmetr olan kafe sıradan çıxıb. Alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.

 

Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv