İrəvanda gərgin gecə: toqquşmalarda yaralananlar var
İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polis əməkdaşları ilə etirazçılar arasında toqquşmalar baş verib.
APA TV-nin məlumatına görə, etirazçılar polisə daş və müxtəlif əşyalar atıb.
Polis əməkdaşları havaya atəş açdıqdan sonra işıq-səs qumbaralarından istifadə edib.
Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, toqquşmalar nəticəsində xəstəxanalara 45 nəfər aparılıb.
Hadisənin baş verdiyi ərazidə gərginlik davam edir. Aksiya iştirakçıları zibil qutuları ilə yolu bağlayıblar. Gərginliyi aradan qaldırmaq üçün kilsə nümayəndələri aksiya iştirakçıları ilə görüşərək, onları zorakılıqdan əl çəkməyə çağırıblar.