Ərdoğan azan oxudu
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan azan oxuyub.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan bu gün səhər Prezident Sarayının ərazisindəki Beştəpə Millət camisində sübh azanını özü oxuyub.
Ərdoğanın sübh azanı oxuması görüntülənib və sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, iyulun 15-də baş verən hərbi qiyam cəhdindən sonra məscidlərdə dualar oxunub və demokratiyanı qorumaq üçün meydanlara çıxmaq çağırışları edilib.