Neft bahalaşır, amma... - GÖZLƏR ABŞ-DA

Dünya bazarında neft bahalaşıb.

 

APA TV-nin məlumatına görə,  Brent markalı neftin 1 barelinin dəyəri 0,22 dollar artaraq 47,39 dollar olub.


Qərbi Texas nefti də dəyər qazanıb. WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar artaraq 45,94 dollar təşkil edib.


Azərbaycan neftinin qiyməti artıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,15 dollar və ya 0,31 faiz bahalaşaraq 48,48 dollar təşkil edib.


Bazar iştirakçıları ABŞ bazarında neft ehtiyatlarının həcmi ilə bağlı həftəlik məlumatın açıqlanmasını gözləyirlər. Belə ki, Amerika Neft İnstitutu neft ehtiyatlarının ötən həftə üçün 2,3 milyon barel azaldığını elan edib. Rəsmi statistika açıqlandıqdan sonra bu rəqəm öz təsdiqini tapsa, bu neft ehtiyatlarının həcminin artıq 9-cu dəfə azalması olacaq.

Müəllif | Apa.Tv
Apa.tv