Almaniya Türkiyəni fövqəladə vəziyyət rejimini ləğv etməyə çağırdı

"Almaniya hökuməti rəsmi Ankaranı ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini aradan qaldırmağa çağırır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, belə bir bəyanatla Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer çıxış edib.

 

O, eyni zamanda ölkədə qanunun aliliyi prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayaraq, yalnız dövlət çevrilişinə cəhddə təqsiri sübuta yetirilənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.

 

"Ölkədə elan olunan fövqəladə vəziyyət rejiminin yalnız qanunun icazə verdiyi müddətdə davam etməsi və tezliklə başa çatması olduqca vacibdir" - deyə, Almaniyanın baş diplomatı fikirlərini tamamlayıb.

 

Qeyd edək ki, Türkiyədə üç aylıq fövqəladə vəziyyət rejiminin tətbiqi barəsində qərar Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında qəbul olunub. 

Müəllif | Apa.Tv
Apa.tv