Göygöldə film kimi qəza: piyadanı vuran maşın aşdı
Göygöl rayonunda avtomobil aşıb, 4 nəfər xəsarət alıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil 1958-ci il təvəllüdlü Bəsti Tağıyevanı vurub və sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Bu zaman avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar Gəncə Şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
1996-cı il təvəllüdlü Sərxan Qasımovun və B.Tağıyevanın vəziyyəti orta-ağırdır, digər iki nəfərin vəziyyəti normal olduğu üçün evə buraxılıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.