Ərdoğan: "Avropa İttifaqı ölüm cəzasının bərpasına hörmətlə yanaşmalıdır"
"Avropa İttifaqı Türkiyənin ölüm cəzasının bərpası ilə bağlı qərarına hörmətlə yanaşmalı olacaq".
APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, bu fikirləri "Al-Jazeera" telekanalına müsahibəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Prezident eyni zamanda Avropa ölkələrinin bu qərara görə Türkiyəni tənqid etməyə haqqı olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, bir qədər öncə Türkiyə hökuməti ölkədə baş verən son kütləvi nümayişlərin iştirakçılarına qarşı ölüm cəzasının tətbiqi məsələsinin parlamentdə müzakirə ediləcəyini açıqlayıb.