Hava şəraiti dəyişir, temperatur enəcək - XƏBƏRDARLIQ

İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 23-26 dərəcə isti, gündüz 32-36 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 17-22 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, iyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

İyulun 22-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə enəcək.

Müəllif | Apa.Tv
Apa.tv