İran: Türkiyədəki çevriliş planından Rusiyanın xəbəri olub

Rusiyanın Türkiyəni hazırlanan çevriliş planı barəsində xəbərdar etdiyi məlum olub. APA TV-nin məlumatına görə, bu barədə məlumatı İranın "Fars" xəbər agentliyi yayıb.

 

Ötürülən məlumatlar arasında Türkiyə prezidentinin olduğu mehmanxanaya helikopterin yaxınlaşacağı ilə bağlı informasiyanın da olduğu bildirilib.

 

Bu barədə yayılan məlumatlarda bilavasitə Türkiyədəki diplomatik mənbələrə istinad edilir. Diplomatların sözlərinə görə, Rusiya kəşfiyyatı hərbçilərin radioqramlar vasitəsilə bir-birinə ötürdüyü məlumatları da ələ keçirib. Sözügedən məlumatlarda ölkədə dövlət çevrilişinin hazırlandığı əks olunub.

 

Bununla belə, kəşfiyyat məlumatlarının hansı stansiya vasitəsilə ələ keçirildiyi açıqlanmayıb. Lakin diplomatik kanallar vasitəsilə Rusiyanın kəşfiyyat bölüyünün Suriyadakı Xmeyim aviabazasında dislokasiya olunduğu öyrənilib.

Müəllif | Apa.Tv
Apa.tv