İtkin düşən Samux sakininin meyiti Daşkəsəndə tapıldı

İtkin düşən Samux rayon sakininin meyiti Daşkəsəndə tapılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə Samux rayon sakini, 1954-cü il təvəllüdlü Məhəmməd İbrahimovun meyiti Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində çayın kənarında aşkar edilib.

Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir. Məlumata görə, Məhəmməd İbrahimov bir neçə gün əvvəl itkin düşüb. Onun avtomobili isə dünən Kəmərqaya kəndi ərazisində aşkar olunub.
 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv