Soros: "Ərdoğan Qərblə Rusiya arasında balans yaratmaq niyyətindədir"

"Yaxın vaxtlarda Avropada miqrantlarla bağlı yeni böhran yaranacaq". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu milyarder Corc Soros bildirib.

Onun fikrincə, hazırda miqrantlarla bağlı elə bir ciddi problem hiss olunmasında bu müvəqqətidir. Bir müddətdən sonra isə qaçqınların sayı bir az da artmağa başlayacaq, avropalıların onlara münasibəti isə pisləşəcək.

"Avropa İttifaqı "ölüm təhlükəsi" yaşayır və bu, məhz miqrantlara görədir. Bu məsələ tezliklə, qayda-qanunla həll edilməlidir", - deyə Soros qeyd edib.

Soros həmçinin Avropa İttifaqını Ukraynaya yardımda xəsislik etməməyə dəvət edib. Qeyd edib ki, bu, bölgədə təhlükəsizliyin təmin olunması baxımdan vacibdir.

Bundan əvvəl isə o, "Brexit"dən sonra Avropa İttifaqının çökəcəyini iddia etmişdi.


Türkiyədəki son hadisələrə də toxunan milyarder vurğulayıb ki, baş verənlər Brüssellə Ankara arasındakı onsuz da qeyri-müəyyən münasibətləri daha da çətinləşdirəcək.

Soros Türkiyə və Rusiya arasında bərpa olunan münasibətlər barədə də danışıb: "Məlumdur ki, Ərdoğan Putinlə hansı yolla olur olsun barışmağa cəhd edir. Mən onun buna nə üçün ciddi-cəhdlə can atdığını dəqiq deyə bilmərəm. Amma görünür, Türkiyə prezidenti Qərblə Rusiya arasında müvazinət yaranmasında maraqlıdır".

 

Müəllif | Apa.Tv
Apa.tv