CHP: Fövqəladə vəziyyət rejimini dəstəkləmirik
Türkiyənin Cümhuriyyət Xalq Partiyası Təhlükəsizlik Şurasının qərarı ilə ölkədə elan edilən üç aylıq fövqəladə vəziyyət rejimini dəstəkləməyəcək.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, belə bir qərar partiyanın keçirdiyi qapalı toplantıda qəbul edilib.
İclasdan sonra mətbuata qısa açıqlama verən partiya lideri Kamal Kılıçdaroğlu rəhbərlik etdiyi siyasi təşkilatın hər zaman demokratiyanın yanında olduğunu və hökumətin verdiyi fövqəladə vəziyyət qərarını heç bir şəkildə dəstəkləməyəcəyini açıqlayıb.