Türkiyədə 8 PKK-çı təslim oldu
Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqdan qaçan 8 terrorçunun asayiş keşikçilərinə təslim olduğunu açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir ki, Tuncəli Hozat və Diyarbəkir Licedə asayiş keşikçilərinin yol axtarışında tapdığı iki ədəd əldə düzəldilmiş partlayıcı tapılıb.
İraqın şimalında terror təşkilatının sığındığı ərazilərdən qaçan 8 terrorçu hökumət qüvvələrinə təslim olub. Bundan əlavə, Şanlıurfanın Ceylanpınar və Muğlanın Köyceyiz qəsəbələrində isə 2 terrorçunun ələ keçirdildiyi deyilir.