Şamaxı avtovağzalında qəza: 1 ölü
Şamaxı rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı rayon avtovağzalının qarşısında qeydə alınıb.
Rayon sakinlərinə məxsus 99 BF 930 dövlət nömrə nişanlı “Mercedes” və 35 BC 560 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı “VAZ-2106”nın sürücüsü, 1976-cı il təvəllüdlü Qadir Alı oğlu Alıyev ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.