Sabunçuda müəmmalı bıçaqlanma

Sabunçu rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, Sabunçu qəsəbə sakini Mahir Əmiraslanov kəsici-deşici xəsarətlərlə xəstəxanaya gətirilib.

 

Zərərçəkənin qohumları Mahirin yıxılaraq xəsarət aldığını bildiriblər.

 

Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Faktla əlaqədar araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv