Yasamalda qardaş qardaşı bıçaqladı

Ötən gecə  Yasamal rayonunda qardaş qardaşı bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə rayonun 13-cü Xrebtovıy deyilən küçəsində baş verib.


36 yaşlı Vüsal Sadıqov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Dərhal əməliyyata götürülən yaralının həyatını həkimlər xilas edə biliblər. Vüsal Sadıqovun qohumları onun yıxılaraq xəsarət aldığını bildiriblər.

 

Hadisə barədə məlumat alan Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Araşdırmalar zamanı məlum olub ki, bıçaq Vüsal Sadıqova yıxılması nəticəsində batmayıb. Onu qardaşı bıçaqlayıb. Toplanan materiallar istintaqa göndərilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv