Türkiyədə "Balyoz casusları" elan edilən zabitlər yenidən orduya çağırılır
Türkiyədə baş verən uğursuz çevriliş cəhdindən sonra Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir.
APA TV-nin məlumatına görə, bir zamanlar adları "Balyoz" çevriliş planı və casusluqda hallanaraq həbs olunan, daha sonra barələrində bəraət hökmü çıxarılan zabitlər yenidən orduya çağırılırlar.
Ötən gecə verilən təcili qərarlarla belə zabitlərdən Bülənt Olcay Sahil Mühafizə İdarəsinin rəisi, Aykar Tekin ölkənin cənubunda yerləşən hərbi birləşmələrdən birinin komandanı, polkovniklər Cem Okyay və Yankı Bağcıoğlu isə Hərbi Dəniz Qüvvələrində yüksək vəzifələrə təyin edilib.
Qeyd edək ki, adları çəkilən şəxslərin hər biri həbs olunduqdan sonra ordudan tərxis olunmuşdu.