Bakıda 22 yaşlı şəxs bıçaqlandı

Ötən gecə Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "20 Yanvar" metro stansiyası yaxınlığında 22 yaşlı Qismət Soltanov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.


Yaralı özü xəstəxanaya taksi ilə gəlib. Müayinə zamanı həkimlər Qismət Soltanovun boğaz, sinə və ayaq nahiyələrində daxilə nüfuz etməyən 4 bıçaq xəsarətinin olmasını müəyyən ediblər. Qismət Soltanov onu vuran şəxsi tanıdığını, lakin adını bilmədiyini deyib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv