Bakıda qızı ilə yolu keçmək istəyən qadını maşın vurub öldürdü
Xəzər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Pirşağı qəsəbəsində hərəkətdə olan "Renault" markalı avtomobilin sürücüsü qızı ilə yolu keçmək istəyən 57 yaşlı Zöhrə Əhmədovanı vurub.
Nəticədə piyada Zöhrə Əhmədova ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Zöhrə Əhmədovanın xəsarətləri ağır olduğundan, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Sürücü saxlanılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma davam etdirilir.