Hacıqabulda ağır qəza: ailənin 6 üzvü xəstəxanalıq oldu
Hacıqabul rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 140-cı km-də, Hacıqabulun Qarasu kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Məmmədov Əli Firudin oğlunun idarə etdiyi "Mitsubishi Pajero" markalı, 90 BB 932 dövlət nömrə-nişanlı avtomobil yolun kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü və ailəsinin üzvləri, 1967-ci il təvəllüdlü İmanova Güldanə Bəxtiyar qızı, 1991-ci il təvəllüdlü Məmmədov Zöhrab Əli oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Zülfiyyə Arzu qızı və 2015-ci il təvəllüdlü Məmmədzadə Sidiqə Zöhrab qızı müxtəlif dərəcəli travmatoloji xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.