Türkiyədə qatar mikroavtobusla toqquşdu: 6 ölü, 15 yaralı
Türkiyənin Manisa bölgəsinin Alaşəhər qəsəbəsində qatar sərnişin mikroavtobusu ilə toqquşub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, mikroavtobusdakı sərnişinlərin hamısı fermer təsərrüfatında çalışanlar olub.
Qəza nəticəsində 6 nəfər hadisə yerində ölüb, 15 nəfər yaralanıb. Onlardan 8-nin vəziyyəti olduqca ağır qiymətləndirilir.
Hadisə yerinə çox sayda ambulans və xilasedicilər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.