Şəhidlik statusu necə verilir?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbulda Kürdəmir, Hacıqabul, Ağcabədi, Ağdam, İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad rayonlarından və Şirvan şəhərinin sakinləri iştirak edib. 25 nəfərə qədər sakin müxtəlif şikayət və təkliflərlərlə xidmət rəisinə müraciət edib. Vətəndaşların müraciətləri əsasən, şəhidlik statusunun alınması, hərbi xidmətin keçirilməsi və digər mövzularla bağlı olub.
Bəzi məsələlər yerində həll edilsə də, digər məsələlərin həll olunması üçün göstərişlər verilib.