Diyarbəkirdə PKK-çılar 3 polisi şəhid etdi

Türkiyənin Diyarbəkir bölgəsinin Erqani qəsəbəsində PKK terrorçuları gizləndikləri evdən polislərə atəş açıblar.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, nəticədə 5 polis yaralanıb.

Hadisə yerinə dərhal əlavə qüvvələr cəlb edilib və atışma nəticəsində iki terrorçu öldürülüb.

Hadisə yerli vaxtla gecə saat ikidə qeydə alınıb. Yaralı polislər ərazidən dərhal Erqani dövlət xəstəxanasına çatdırılıblar. Həkimlər onlardan üçünün həyatını xilas edə bilməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv