Türkiyədə Prezident Qvardiyasının 283 əsgəri tutuldu

Türkiyənin paytaxtı Ankaranın prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Prezident Administrasiyasının Mühafizə Alayının 283 əsgəri həbs edilib.

 

APA TV-nin Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, tutulan əsgərlər Ankara təhlükəsizlik müdirliyinə aparılıb. Oradakı ilkin istintaq hərəkətlərindən sonra həbs olunanlar Ankara məhkəməsində hakim qarşısına çıxarılacaq.

Müəllif | Apa.Tv