Münhendə atışma: ölənlər və yaralananlar var
Almaniyanın Münhen şəhərindəki ticarət mərkəzində silahlı insident baş verib. APA TV-nin məlumatına görə, bir və ya bir neçə silahlı şəxs ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.
Hadisə nəticəsində 10 nəfər ölüb, 21 adam yaralanıb.
Bavariyada iyulun 23-ü matəm günü elan edilib.
İnsidentin motivləri hələlik məlum deyil.