Şirvanda sərxoş sürücü qəza törətdi
Şirvanda sərxoş sürücünün törətdiyi yol qəzasında 2 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23.25 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
Şirvan şəhər sakini, 22 yaşlı Cavad Əli oğlu Mədətov sərxoş vəziyyətdə idarə etdiyi “Lada Priora” markalı avtomobili böyük sürətlə yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Şirvan sakini, 17 yaşlı Orxan Yunis oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hər iki şəxs avtomobildə sıxılmış vəziyyətdə olduğundan, Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.