İmişlidə yanğın: 2 min ot bağlaması külə döndü

İmişlidə 2 minə yaxın ot bağlaması olan taya yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə  axşam saatlarında Şahverdili kəndində yaşayan İmanovlar ailəsinə məxsus təsərrüfatda qeydə alınıb.

 

Yanğın nəticəsində 2000 ot bağlaması, həmçinin bir neçə ev quşu və tövlənin bir hissəsi yanıb. Yanğının söndürülməsinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. 8 ton ot yanğından mühafizə edilib. Yanğının digər ərazilərə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv