Dünya bazarında neft və qızıl sürətlə ucuzlaşmağa başladı
Dünya bazarında neft ucuzlaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 0,51 dollar azalaraq 45,69 dollar olub.
Qərbi Texas nefti də dəyər itirib. WTI markası 1 barelə görə 0,56 dollar azalaraq 44,19 dollar təşkil edib.
Bu arada qızılın unsiyası 7,60 dollar azalaraq 1 323,40 dollara, gümüş isə 0,12 dollar azalaraq 19,69 dollara satılıb.