Səudiyyəli nazir: "Moskva Əsədi versin, Rusiyanı SSRİ-dən də güclü edək"

Səudiyyə Ərəbistanı Rusiyaya Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin bazarlarına çıxış imkanı vəd edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr mətbuata açıqlayıb.

 

Bundan əlavə, o, Rusiyanı Çin investisiyalarını üstələyəcək sərmayə imkanlarının gözlədiyini də bildirilib.

 

Nazirin sözlərinə görə, bu imkanlar Rusiyanın keçmiş SSRİ-dən də güclü dövlətə çevrilməsinə şərait yaradacaq. Bunun üçün isə rəsmi Moskva Bəşər Əsəd məsələsində mümkün qədər tez bir zamanda razılığa gəlməlidir.

 

Rusiya Strateji Araşdırmalar İnstitutu direktorunun müşaviri Yelena Suponina

səudiyyəli hökumət rəsmisinin açıqlamasını olduqca primitiv adlandırıb, eyni zamanda onu siyasi təcrübəsizlikdə ittiham edib. O deyib ki, Rusiyanın beynəlxalq arenadakı mövqeyi neft dollarları ilə ölçülmür. Ekspert həmçinin ölkə maraqlarının da yalnız Bəşər Əsədi dəstəkləməklə məhdudlaşmadığı qənaətindədir.

 

Müəllif | Apa.Tv
Apa.tv