Bakıda qadın ərini xüsusi amansızlıqla qətlə yetirdi
Bakıda dəhşətli qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə iyulun 22-dən 23-nə keçən gecə Ramana qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Vüqar Kərimovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin V.Kərimovun arvadı Nuridə tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.