Almaniyada etirazlar: miqrant siyasətinə yenidən baxıla bilər

Almaniya hökumətini miqrasiya siyasətinə yeni baxa bilər. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, buna səbəb Münhendə baş verən silahlı insidentdir.

Ölkənin Federasiya Şurası Komitəsi sədrinin təhlükəsizlik və müdafiə məsələləri üzrə birinci müavini Frants Klintseviç ard-arda baş verən hadisələr münasibət bildirib.

"Bu. Bavariyada birinci hadisə deyil. Bir neçə gün öncə qatar sərnişinlərinə də qarşı silahlı hücum olub. Düşünürəm ki baş verənlər kansler Angela Merkeli də narahat edir və miqrasiya siyasətinə yenidən baxılmalıdır",  - deyə o qeyd edib.

Klintseviç əlavə edib ki, Almaniya vətəndaşlarına hücumlar təsadüfi və spontan deyil, əksinə planlaşdırılmışdır. Ölkənin təhlükəsizlik sistemi isə qanuna riayət edən vətəndaşlar üçün hesablanıb. İndi isə bu quruluş başqa dəyərlər sistemi ilə toqquşur: "Nəinki Almaniyanın, eləcə də bütün Avropanın hüquq-mühafizə orqanları miqrantları nəzarətə saxlamaq gücünü itiriblər və bunu etiraf etməlidirlər".

 

Müəllif | Apa.Tv
Apa.tv