GECƏ KLUBUNDA biznesmenin oğlunu öldürən şəxs danışdı

Bakıda gecə klubunda qətlə yetirilən 24 yaşlı Səttar Məmmədzadənin ölümündə təqsirli bilinən Kamran Ənvər oğlu Həsənov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə  Naxçıvani küçəsi - 13 ünvanındakı ”MAGİC” gecə klubunda qeydə alınıb. Məlum olub ki, klubun icarədarı 20 yaşlı Kamran Həsənov müştərilərdən birinin bərk danışıb gülməsindən əsəbləşıb. Sonra söhbəti kücədə davam etdirmək qərarına gəliblər.

 

- Çox dirəşdi, əlimi atdım belimə

 

Ekspertizanın verdiyi ilkin rəyə görə, mərhumun bədənində 7 kəsilmiş-deşilmiş yara aşkar olunub. Söhbətin qız üstündə düşmə ehtimalına gəlincə isə ....

 

- Yox-yox obyektə birincı dəfəydi gəlirdi.

 

- Qoyduq maşına apardıq.

 

APA TV-nin əldə etdiyi məlumata görə, qətlə yetirilən Səttar Məmmədzadənin atası Almaniyada yaşayır və Bakıda fərdi bizneslə məşğul olur. 

Müəllif | Apa.Tv