ABŞ gəmisi Odessa, Rusiya gəmisi isə Latviya sərhədlərində!

Rusiyanın hərbi gəmisi yenidən Latviya sərhədlərinə yaxınlaşıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu haqda xəbərlər Latviya ordusundakı mənbələrdən sızıb.

 

Yayılan informasiyaya görə, "Admiral Qriqoroviç" sinfindən olan "Admiral Essen" hərbi gəmisi Latviyanın sərhəd sularında müşahidə olunub.

 

Bu arada Birləşmiş Ştatların "Ross" hərbi gəmisi iyulun 18-dən keçirilməsi nəzərdə tutulan "Sea Breeze - 2016" ABŞ-Ukrayna hərbi təlimlərində iştirak etmək üçün Odessaya gəldiyini açıqlayıb. Lakin Ukrayna tərəfinin hazırlıqsız olması səbəbindən təlimlər baş tutmayıb. 

Müəllif | Apa.Tv
Apa.tv