İŞİD Kabili qana boyadı: 29 ölü, 142 yaralı

Əfqanıstanda növbəti terror aktı törədilib.

 

APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, paytaxt Kabildə azsaylı xalq olan xəzərlərin keçirdiyi etiraz aksiyası zamanı kamikadze kütlənin içərisinə daxil olaraq, özünü partladıb.

 

İlkin məlumatlara görə, hadisə nəticəsində ümumilikdə 29 nəfər ölüb, 142 nəfər yaralanıb.

 

Qeyd edək ki, rəsmilər ölü sayının artacağını istisna etmir. 

Müəllif | Apa.Tv
Apa.tv