Fətullah Gülənin qardaşı oğlu tutuldu

Türkiyədə FETÖ terror təşkilatının lideri Fərullah Gülənin qardaşı oğlu Məhəmməd Səid Gülən tutulub.

 

APA-nın xəbərinə görə, o, hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində Ərzrum vilayətində saxlanılıb. Onun Ankaraya aparılması planlaşdırılır.

 

Məhəmməd Səid Gülən terror təşkilatı üzvü olmaqda, 2010-cu ildə dövlət məmurluğuna qəbul üçün keçirilən imtahanlarda qanunsuzluq etməkdə təqsirləndirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv