Neftin qiyməti 45 dollara düşdü
Dünya bazarında neft ucuzlaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri 0,12 dollar azalaraq 45,57 dollar olub.
Qərbi Texas nefti də dəyər itirib. WTI markası 1 barelə görə 0,13 dollar azalaraq 44,06 dollar təşkil edib.