Bağdadda partlayışda ölənlərin sayı 21 nəfərə çatdı

Ötən gün Bağdadda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

 

APA TV-nin “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, 35 nəfər yaralanıb.

 

Partlayış İraq paytaxtının əsasən şiələrin yaşadığı əl-Kadimeyn rayonunda, nəzarət-keçid məntəqəsinin qarşısında törədilib.

 

Ölənlərin 2-si polis əməkdaşı, qalanları isə mülki şəxsdir. Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv