Almaniyada bıçaqlı hücumu suriyalı qaçqın törədib
Almaniyada 1 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən insidentin ilkin təfərrüatları məlum olub.
APA TV-nin “Bild” qəzetinə istinadən xəbərinə görə, insident Roytlinqen şəhərinin avtovağzalında baş verib.
21 yaşlı suriyalı qaçqın aralarında yaranmış mübahisədən sonra 1 qadın və 2 kişini bıçaqlayıb. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Cinayətkar polis tərəfindən yaxalanıb. Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil.